"Çox güman ki, Macarıstanda görüş ikitərəfli olacaq" - Tramp

22:48 17.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Macarıstan görüşünün neçə tərəfli olacağını müəyyənləşdirmək lazımdır, amma bu, çox güman ki, ikitərəfli görüş olacaq.

Hafta.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə geniş tərkibdə görüş zamanı jurnalistlərin sualına cavabında deyib.

O bildirib ki, Prezident Zelenski ilə təmasda olacaq: 

“İki prezident arasında çox pis ədavət var. Çox çətin vəziyyətdir. Bu iki lider bir-birini sevmir. Biz bunu hamı üçün rahat etmək istəyirik. Beləliklə, bu və ya digər formada üç tərəf bu işə cəlb olunacaq, lakin bu, ayrı-ayrılıqda ola bilər”.